top of page

Yay 2016: Bedeninizi İstediyiniz Kimi Göstere Bileceyiniz Çimerlik Destleri!

Əziz xanımlar, bundan xəbərdarıq ki, çoxlarımız qızmar çimərlik mövsümü yaxınlaşdıqca çimərlik dəstləri almaqdan çəkinirik. Mövzu dəb olduğunda, özümüzə çimərlik dəsti almaga getmək istədiyimiz gün, əslində bədənimizlə rahat hiss etmədiyimiz gün olur. Vəziyyəti daha kritikal edən ise geyinib- soyunma otaginin işiqlandırılmasıdır ki, bizi bütün bədənimizin portağal qabığından ibarət olduğu kimi hiss elətdirir.

Bütün bunlara rəgmən biz bilirik ki, bədənimiz haqqinda olan fikirlərimizi dəyişdirə biləcək sehrli bir formula yoxdur, lakin asan tövsiyələr sayəsində siz həm çimərlikdə, həm də hovuz başında əlinizdə sərin içkinizlə öz güvəninizi artıra bilərsiniz.

Violet Lake, Ursula Lake brendlərinin banisi ve çimərlik geyimi dizaynerinin məsləhətlərinə əsasında sizə bədəninizə uyğun necə düzgün çimərlik geyimi seçməyinizə kömək edəcəyik. Bədən formasını qabarıq göstərmək istəyən ve sinəsini vizual olaraq kiçik göstərmək istəyən xanımlar üçün ən effektiv şoppinq məsləhətlərimiz var.

Səhifəni aşağı hərəkət etdirməklə çimərlik geyimi üçün olan şoppinq məsləhətlərini və sizin üçün seçdiyimiz ən dəbdəbəli parçaları görə bilərsiniz.

"Hər şey göz aldanmasından ibarətdir əslində. Geniş sinəli xanımlar elə hiss edirlər ki onların çoxlu dəstəyə ehtiyacı var, əslində isə düşündüyünüz qədər deyil. Əgər kiçik göstərmək istəyirsinizse onda daha tünd rənglərə üstünlük verin. Boyundan asma çimərlik dəstləri məqsədinizə çatmaq üçün yaxşı işinizə yarayacaq, ve yaxud çimərlik dəstinizin yuxari hissəsinin tünd rəngli, aşağı hissəsinin isə zolaqlı olduğuna fikir versəniz istədiyinizə nail ola bilərsiniz."

 

"Üçbucaq formalı üst çimərlik geyimi dolğu effeketi verir. Ümumiyyətlə toplayıcı xarakterli her hansi bir üst çimərlik geyimi geniş sinə illuziyası yaradacaq. Bu əslində sizin bədən quruluşunuzdan asılı olsa da siz bir az çimərlik geyiminin rəngləri ile də istədiyinz görüntünü əldə edə bilərsiniz. Solğun rəngli üst və müvafiq olaraq daha tünd rəngli alt çimərlik geyimi ilə siz istədiyiniz geniş sinəli xanım təəssüratını yarada bilərsiniz."

 

"Fikrimcə, kobud görüntülü ayaqlardan uzaq durmaq üçün ən yaxşı vasitələrdəndir. Lakin bu o demək deyil ki, siz 80-ci illərin super high leg stilində olan köhnə moda çimərlik geyimlərindən uzaq durmamalısınız. Əvəzində isə siz kənarları ipli olan çimərlik dəstlərindən istifadə edə bilərsiniz."

 

"Bütünlüklə bir rəngdə olan çimərlik geyimləri boyunuzu hündür göstərmək üçün ideal vasitədir. Qarışıq bəzəkli çimərlik geyimlərində ilk baxışda naxış detalları gözə çapdığına görə, siz əvəzində bir rəngdə çimərlik geyimi ilə yalnız bədəninizi diqqət mərkəzində saxlaya bilərsiniz."

 

"Dostumun çox yaxşı üzgüçü kimi bədəni var. O straplez üst çimərlik geyimində əla görünür, çünki bu modeldə olan geyimlər onun körpücük sümüklərini önə çıxarır."

 

"Violet Lake brendinin Caruso modeli kimi tək parça kəmərli çimərlik geyimləri sizin belinizin konturunu tam təsvir edəcək. Bir çox xanımlar onu gecə üçün istifadə edirlər. O çox dəbdəbəli və sinə dekoltesini gizlətdiyi üçün iri sinəli xanımlar üçün əla vasitədir."

 

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page