Çoker Stili Yaratmağın Meşhurlar Terefinden Tesdiqlenmiş 8 Yolu
Bir il ərzində boyunbağılar ekstra uzun kolye asqılarından uzunluq spektrının digər maksimumuna doğru keçid almışdır- yəni boğazın ətrafına sıx baglanmış çokerlər. Sizcə bu dəbdə nazik şarf trendinin davamı olan yeni bir addımdır? Elədirsə belə, o son zamanlar dəbli xanımlar arasında onların şık street-style geyimlərinin və hətta bəzi zamanlarda qırmızı xalı görünüşlərinin qibtə ediləcək parçası olmuşdur. Məşhur super model Kendall Jenner, misal olaraq, demək olar ki, hər dəfə başqa tərzlə tamamlayaraq çokerlər üzrə ekspert olmuşdur. Məsələn, sadə qara lent şəkilli çokeri tüklü xəzlə və ya çox incə zəncir şəkilli çokeri idman üslublu geyimlə tamamlayır.
Çokerlərin yaratdığı obrazı görmək çox asandır: o 90'cı illərin rock stilinə müasir cool- girl obrazını əlavə edir. O sizin geyiminizə müdaxilə etmir, əksinə seçdiyiniz istənilən görüntünü tamamlamaq üçün istifadə edə bilərsiniz. Çokeri stilinizlə necə uyğunlaşdırmağı öyrənmək üçün biz sizin üçün çokeri ən uğurlu şəkildə istifadə etmiş parlaq ulduzların siyahısını hazırlamışıq.
1. Daşla Bəzədilmiş Biri ilə Obrazina Parilti Əlavə Et
Miranda Kerr ən çox bəyənilən obrazlarından biri ağ rəngli krop top, seksi obrazlı süet tayt və krop topunun üzərindən asılmış balonka gödəkçəsindən ibarət olmuşdur. Lakin o öz yaratdığı obrazı daşla bəzədilmiş çokerlə daha da parlaq etmişdir.
2. Müxtəlif Stildə Olan Boyunbağılarla Tamamla
Hayley Baldwin'dən ilhamlanaraq nazik qara çokerlə müxtəlif ölçülü boyunbağıları dəst edə bilərsiniz.
3. Qırmızı Xalı Statusuna Uyğun İstifadə Edin
Rəsmi görüşlər üçün elə çoker seçin ki, o qara rengli güpür kimi hər hansı bəzəkli bir parçadan olsun. Rosie Huntington-Whiteley öz çokerini qara zərif lent detallı Gucci gecə donu ilə tamamlamışdır.
4. Zərif Çiçək Bəzəyini Sərtləşdir
Əslində çokerin ilkin versiyası hər stilə uyğunlaşan qalın zolaqdan ibarət olub. Emily Ratajkowski bu obrazında qara qalın çokeri ilə çiçək bəzəkli qısa qara donu ilə həmin təzadı nümayiş etdirir.
5. Bir Rəngə Üstünlük Verin
Gigi Hadid tamamilə monoxromatik (tək rəngli) tərzdən istifadə edir- hətta boğazındakı satin lent şəkilli çoker belə qar bəyazı rəngindədir.
6. İdman Geyimini Vurğulayın
Çokerlər, idman aksesuarları? Görünür ki, bu belədir. Kendall Jenner mikro-nazik çokeri idmansayağı krop top və leqqinqlə tamamlamışdır.
7. 70ci İllərin Görünümünü Əlavə Et
Georgia May Jagger özünə məxsus stili ilə hər zaman seçilmişdir. Belə ki, o satin köynəyi, seksi zamoklu üst geyimi ve məxməri şalvarını dəbdəbəli məxməri çokeri ilə tamamlamışdır.
8. İkili İstifadə Et
Jaime King`in Fallon çokeri əslində tək parçadır və hətta dahiyanə bir kəşfdir: daş-qaşla bəzədilmiş ip ilə mərkəzdə düyünlənmiş qalın dəri lentdən ibarədir.