top of page

Gucci Dionysus Çantasını Özelleşdire Bilmek Üçün "Özün Hazırla" Xidmetini Başladir


Əlbəttə ki, Gucci'nin hazır geyim kolleksiyası gözalıcıdır, lakin o həmin aksesuarlardır ki, ağlımızı başımızdan alıb və yetkinləri çilğın tərzli çantalar istifadə etməyə vadar edir. Əlbəttə ki, biz Alessandro Michele'dən- Gucci`nin hazır ki kreyativ direktoru və əvvəlki aksesuar dizaynerindən, daha azini gözləyə bilməzdik. O 2015-ci ildə ilk payız kolleksiyasını təqdim edəndə klassik sayılan Dionysus əl çantası da daxil olmaqla bütünlüklə yeni aksesuar dizaynından istifadə etdi. Bu şah əsəri brendin mirası olan qoşa-G ali monoqramının istifadəsi və Michelle'in gül detallı ve naxışlarından ibarət müasir toxunuşu ilə keçmiş və gələcək arasında olan zaman tunelini xatırladır.

Nazik qutu forması və hər son ucu pələng başı ilə tamamlanmış nal şəkilli bağlanışı (bu pərini çaydan keçirmək üçün pələngə dönüşən Yunan Allahı Dionysus'a isnad olunur) ilə Dionysus ilk təqdim olunduğu gündən bəri bir neçə dəfə yenidən dizayn olunmuşdur.

İndi isə Michelle Gucci həvəskarları üçün Dionysus çantalarını istədikləri naxışlı olan bəzəklər (məsələn, kəpənəklər, arılar, ilanlar, cırcıramalar ve pionlar da daxil olmaqla), naxışlar, metal parçalar və hərf naxışlı (bəzən Swarowski kristalları ilə də parlaqlıq əlavə etmək olur) "özün hazırla" xidməti ilə bunu bir addım da irəlilətmişdir. Bu Michele'in dizayn fəlsəfəsi ilə tam üst-üstə düşür: "Geyim tərziniz əslində sizin necə hiss etdiyinizdir. Buna görə də qadınlar və kişilər özlərini ifadə etməkdə original və azad hiss etməlidirlər"

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page