Gigi Hadid iHeart Much Music Video Mükafat Gecəsinin Aparıcısı Olarsa- 6 Fərqli Obraz
Gigi Hadid heç nəyi yarımçıq etməyi xoşlamır ve o bunu geyimlərində aydın şəkildə göstərir. Supermodel dünən Torontoda keçirilən iHeart Much Music Video Mükafat Mərasiminin aparcısı olmuşdur. Qırmızı xalıda geyindiyi qırmızı rəngli kostyumu ilə yaratdığı gözalıcı obraz həmin gecədə 6 fərqli görünüşündən sadəcə biri idi. O digər obrazlarını Uel Camilo, Elisabetta Franchi, Yeezy and August Getty Atelier kimi brendlərlə hazırlamışdır.
Obraz 1: Gecənin başlanğıcında Gigi qırmızı xalıya alov qırmızısı rəngində Mugler şalvar kostyumu ilə daxil oldu. Model öz obrazını qırmızı pomada və brilyanla bəzədilmiş çokerlə tamamlamışdır. Qeyd edərk ki, tünd qırmızı rəngli bu kostyum Mugler'in Resort '17' kolleksiyasından olduğuna görə o hələ satış üçün uyğun deyil.
Obraz 2: 21 Yaşlı model mərasimi metal gümüşü rəngli yüngül dekolteli top və eyni rəngli shalvar kombinasiyası ilə açdı.
Obraz 3: Onun növbəti obrazı bütünlüklə ağ olan şalvar ve qızılı detallarla işlənmiş uzun pencək kombinasiyasından ibarət kostyumu oldu.
Obraz 4: Gecənin yarısında Gigi səhnəyə August Getty Atelier imzalı akuamarin (açıq firuzəyi) rəngli krop top, yubka və ona uyğun uzun pencək ilə çıxmışdır.
Obraz 5: Daha sonra model dekolte detallı və kənarları iplə bağlanmış qara rəngli kombinzon ilə tədbirə davam edir. O öz obrazını qara rəngli hündür boğaz topuqlu ayaqqabı ilə tamamlayıb.
Obraz 6: Gigi'nin gecədəki son obrazı hündür boğaz gümüş detallarla işlənmiş mini don və son zamanların dəb trendi olan şəffaf rəngli ayaqqabıdan ibarət olmuşdur. Bu obraz parlaq at quyruğu stilində yığılmış saçı ilə tamamlanmışdır.