Modellerin İstifade Etdiyi 6 Bilmediyiniz Üz Baxımı Meslehetleri
Biz də eynilə sizin kimi məşhur modellərin sirlərinə heyranıq, yəni necə olur ki, onlar asanlıqla bu qədər parlaq və mükəmməl üz dərisinə sahib olurlar? Biz təəccübümüzü gizlədə bilmədik və bunu araşdırdıq. Biz bunu üçün məşhur modellərin xarici jurnallara verdiyi müsahibələri araşdırdıq və sizin üçün onların ən maraqlı məsləhətlərini yıgdıq. Məsələn, dilimlənmiş kartof maskası.
Dünyanın ən uğurlu ve gözəl modellərin faydalı üz qulluğu məsləhətlərini bilmək üçün oxumağa davam edin.
Göz makiyajınızı makiyaj təmizləyici silgilərlə təmizləməyin.
Jaime King: "Tuşumu çalışdığım qədər kirpiklərimdən zərif şəkildə təmizləyirəm. Yəni üzümü yuyanda ilıq sudan istifadə edirəm və barmaqlarımla suyun altında kirpiklərimi ovuşdururam. Və beləliklə, mən kirpiklərimi tuşdan ehmalca təmizləyirəm. Etdiyiniz tək şey kirpiklərinizi suyun altında ehmalca masaj etmək olacaq və bu yol ilə siz göz ətrafı nazik dərinizi sürtərək qırışmağa qoymayacaqsınız."
Üzünüzdəki qara ləkələrdən kartof dilimləri ilə uzaq durun.
Victoria Brito: "Mən həqiqətən də inanıram ki, hər səhər yuxudan durandan sonra üzünüzü yumağınız dərinizi nəmləndirmək üçün etdiyiniz ən vacib vasitələrdəndir. Mən Neutrogena'nın ağ şüşədə olan Ultra Gentle Cleanser' dən($8.99) istifadə edirəm. Mənim həmçinin Nivea Cream ($7.19) və Nivea Soft Moisturising Cream ($6.11) nəmləndirici kremim var. Düşünürəm ki, bu mükəmməl dərəcədə dərini nəmləndirir, çünki artıq olduqda dəriniz yapışqan olacaq. Həmçinin mən hər gün orta barmagımı gicgahıma və baş barmağımı almacıq sümüyümə qoyaraq bütün üzümü qaldırıb 10 dəqiqə o vəziyyətdə saxlayıram. Sizi inandiriram ki, üzünüze çox yaxşı liftinq effekti verəcək. Mən həm də anamdan və nənəmdən ev üsulunda üz dərisinə qulluq üçün çox şey öyrənmişəm. Məsələn, qara kölgələrdən üzünüzü qorumaq üçün kartofu götürün və pepperoni kimi nazik dilimlərə bölün və həftədə bir dəfə gözlərinizin üzərinə 1 dilim qoyub 15-20 dəqiqə saxlayın. Sizi inandırıram ki, bunu 5 dəfə edəndən sonra göz ətrafı qırışlarınız gözlə görüləcək qədər azalacaq. Maraqlısı budur ki, siz kartofu istifadə etdikce onun qaralib büzüşdüyünü görəcəksiniz. Bunu mənə anam öyrətmişdi. Əlavə olaraq, qara nöqtələrdən qurtulmaq üçün bir fincan götürün və onu şəkər tozu ilə doldurun. Sonra üzərinə bir limonun yarısının suyunu tam sıxın və bu qarışıq ilə üzünüzü 5 dəqiqə masaj edin. Üzünüz körpə dərisi kimi yumşaq olacaqdır. Mən bunu həftədə 1 dəfə adətən Bazar günü axşam edirəm."
Yatmamışdan əvvəl üzünüzə arı şanı çəkin.
Anja Rubik: "Mən üz qayğısı üçün olan məhsulları qarışdırmağı sevirəm. Mənim istifadəmdə təbii məhsullar da var- Dr. Hauschka’s Rose Cream ($41.99) mənim ən sevdiyim məhsullardandır, bu brendin çox yaxşı maskası da var. Mən çalışıram ki, həftədə bir neçə dəfə üzümü nəmləndirim- Luxe bu məqsəd üçün üz tutdugum ilk brendlərdəndir. Əgər mənim üzüm quruyursa, o zaman kokos yağını üzümə və bədənimə tətbiq edirəm. Həmçinin mənim kremim var ki onu adi marketdən almışam, arı şanı tərkiblidir. Onu istifadə edəndə qəribə iyi olduğunu hiss edəcəksiniz. Lakin növbəti gün üzünüzü əla hiss edəcəksiniz. Mən heç vaxt üzümdə makiyaj yatmağa getmirəm. Düşünürəm ki, üzünüzü hər gün yaxşı təmizləyib yumaq çox vacibdir. Məhsulları qarışdırmağı sevirəm, çünki mənim fikrimcə üz də bir canlıdır və ilin müxtəlif fəsillərində və müxtəlif yaş dövrümüzə görə dəyişir. Son olaraq ən yaxşı məhsulları istifadə edə bilərsiniz, lakin ən əsası sizin qidanız və üzünüzü necə nəmləndirdiyinizdir."
Heç vaxt üzünə toxunma.
Kendall Jenner: Mən hər zaman üzümü yumaq barede diqqətcil olmuşam- bu hətta modellik karyeramdan əvvəl də belə idi. Lakin bu indi daha da inkişaf edib, çünki mən indi makiyajdan daha çox istifadə edirəm. Üzümü gündə 2- 3 dəfə yumağa çalışıram. Mənim bacılarım Kylie və məndən daha böyük olduğu üçün onlar həmişə istəyirlər ki, onların bizim yaşımızda etdiyi sehvləri biz etməyək. Belə ki, onlar həmişə bizə "heç vaxt üzünə toxunma", "heç vaxt üzünü sıxma", "həmişə üzünü yu" və "həmişə göz ətrafına krem çək" kimi məsləhətlər verirlər. Onlar sözün əsil mənasında bizim etməli olduğumuz hər şeyi bizə deyirlər. O vaxtdan bəri biz üz-dəri qulluğunu ciddiyə almağa başladıq."
Sabit bir rejimdən istifadə edin.
Jourdann Dunn: "Mən üzümü Emma Hardie Moringa Balm ($13.99) ilə təmizləməyə başlayıram, sonra isə Exuviance Face Polish ($52.11) and The Organic Pharmacy Herbal Toner (£32) ilə davam edirəm." Onun rutinin ikinci yarısı isə Skin Ceuticals Antioxidant Night Serum (£78) və Pixi Rose Oil (£26) məhsullarından ibarətdir. Ən axırda isə Beauty Sleep Cream (£24) məhsulundan istifadə edir ki, üzü digər məhsulları hifz etsin.
Məhsullardan çox asılı olmayın.
Erin Heatherton: "Çox məhsuldan istifadə etsəniz üzünüzü bezdirəcəksiz. Həftədə bir neçə dəfə üzüm üstündə çox işlənilməyəndə ən yaxşı vasitə üzümü isti su ilə yumaq olur. Həmçinin mən A vitamini ilə dolu olan qidalara üstünlük verirəm."