top of page

Derinizi Güneş Şüalarının Zererli Tesirinden Qoruya Bileceyiniz 10 En Effektiv SPF Kremler


1. Clinique Superdefense Age Defense Moisturizer with SPF 25- Ən yaxşı nəmləndirici

Bu ipək teksturalı, yağsız və tez-uducu formula (quru və yağlı dəri üçün olub iki cür təklif olunur) dərinizi nəmli saxlayacaq çünki günəşin zərərli şüalarına qarşı effektiv qoruyucu vasitədir. Tərkibində 25 SPF olan bu krem gün ərzində üzünüzü nəm saxlayıb, eyni zamanda günəşin zərərli təsirindən qoruyacaq. Sabina mağazalar şəbəkələrindən bu kremi əldə edə bilərsiniz.

2. Clinique Superdefense Age Defense Eye Cream Broad Spectrum SPF 20- Gözləriniz üçün ən yaxşısı

Bu SPF-i 20 olan gündəlik üçün göz kremi sizi sadəcə günəşin zərərli təsirindən qorumaqla kifayətlənməyib, həmçinin dərinizi çirklənmədən, stresdən və qurumaqdan müdafiə edəcək.

3. LOREAL Revitalift Bright Reveal Brightening Moisturizer with SPF 30- Yaşlanmağa qarşı ən yaxşı vasitə

Günəşin avantajları olduğu kimi, bəzi dezavantajları da vardır. Avantajlarına misal olaraq dərinizin təbii D vitamini almasını, qaralmasını və özünüzü daha yaxşı hiss etməyinizi misal çəkmək olar. Dezavantajlar isə özünə dəridə yaratdığı ləkələri və yaxşı qorunmadığınız təqdirdə daha pisi olan dəri xərçəngini yaratma ehtimalını aid edir. Belə ki, tərkibində bərpaedici qlikolik turşu, vitamin C və retinol olan yeni SPF formulası dərinizi günəşin ultraqırmızı və ultrabənövşəyi şüalarının zərərli təsirindən qoruyacaq, hətta dərinizdəki ləkələri solmağa yardımçı olacaq.

.

4. Kiehl's Activated Sun Protector Water-Light Lotion with SPF 30- Üz və Bədən üçün

Bu üz və bədən üçün olan SPF yağ tərkibli olmayıb su əsaslıdır və parabensiz, qoxusuz formulaya sahib olub dəri üçün çox zərif vasitədir.

5. Olay Regenerist Micro-Sculpting Cream SPF 30- Gündəlik müdafiə üçün əla vasitə

Bu nəmləndirici B3 vitamin tərkibli olub dərinin quruluğuna, dərin qırışlara və yaşlanmağın başqa təzahürünə qarşı mübarizə aparacaq qədər güclü formuladır. Həmçinin tərkibinin yağdan azad olması məsamələrinizin tutulmasına qarşı qoyacaqdır.

6. Shiseido Ultimate Sun Protection Lotion WetForce with SPF 50+ -Həssas dərilər və uşaqlar üçün ən yaxşı vasitə

Hovuz kənarında oturduğunuzdan və ya sörf etdiyinizdən asılı olmayaraq, bu SPF başlıca WetForce texnologiyasından ibarətdir ki, dərinizin üzərində suyadavamlı nazik qat yaratmaqla hətta siz suda olduqda dərinizi qoruya bilir. Həmçinin, həssas dəriləri qıcıqlandırmır- belə ki, uşaqlar üçün də istifadə edə bilərsiniz.

7. Neutrogena CoolDry Sport Sunscreen Lotion Broad Spectrum SPF 50- İdman üçün ən yaxşısı

Bu formulanın tər uducu funksiyası olduğu üçün dərinizi 80 dəqiqəyə qədər müdafiə edə bilir. Bu yolla sizin çimərlikdə voleybol oynamağınızdan və ya avar çəkməyinizdən asılı olmayaraq dərinizi qoruma altına alacaqdır.

8. AVÈNE High Protection Tinted Compact SPF 50- Dəri rənginiz üçün ən yaxşısı

Əgər siz yayda makiyajdan heç istifadə etmirsinizsə, lakin bir az dərinizi tonlaşdırmaq istəyirsinizsə, bu sizin tam ehtiyacınız olan məhsuldur. O suya davamlı, yüngül və zərif rəngli balzamdır ki, üzünüzü parıltılı və hamar edəcək.

9. Coola Face SPF 30 Makeup Setting Spray- Makiyaj axmasının qarşısını ala biləcək ən yaxşı vasitə

Bu makiyaj qaydaya salan krem görünüşüzü istədiyiniz zaman kilitləyəcək və dərinizi günəşin ultrabənövşəyi şüalarından qoruyacaq. Tərkibinin hilarionik turşu və aloe yarpağı ekstraktlı olması dərinizi nəmləndirəcək. Makiyajınızı bitirdikdən sonra üzünüzə tətbiq edib gününüzə başlaya bilərsiniz!

10. Nios Shield Leave-In-Conditioner for Hair with SPF 15 Sunscreen for Scalp and Color Protection- Saç dəriniz və saç rənginiz üçün ən yaxşısı

Sizin kəllə dəriniz yayda həmişə istidən yanma təhlükəsi altında olur, məhz bu səbəbdən bu yağsız, arqan yağı tərkibli və saç düzləşdirici formula siz evdən çıxmamışdan əvvəl istifadə etməli olduğunuz vacib məhsuldur. Bu formula yalnız saç dərinizi qorumaqla kifayətlənmir, həmçinin saç rənginizin günəş şüaları təsirindən solmasına icazə vermir.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page