Dietdə Olanlar Üçün Mövsümün Qidalı və Sağlam İçki Reseptləri
İndi pəhrizdə olanlar üçün bu içkilər əla kömək olacaqdır! Biz sizin üçün bu isti yay günlərində içinizi sərinlədəcək, ləzzətli və bir o qədər də sağlamlıq üçün faydalı soyuq içkiləri paylaşırıq. Bədən öz fəaliyətini gücləndirəcək və siz daha çox idman etmək üçün enerjinizi bərpa edəcəksiniz. Meyvə və tərəvəzlərin birləşməsi onların ayrı-ayrı tesirlərini daha gücləndirəcək. Ona görə də tək ehtiyacınız olan meyvə və tərəvəzləri qarışdırıb içmək olacaq. Lakin onu da qeyd etmək lazımdır ki, bu şirələr nə qədər qidalı olsa da yemek yemeyi əvəz edə bilməz. Belə ki, hazırladığımız bu şirələri içməmişdən əvvəl yaxşı olardı ki, siz endokrinoloq və ya dietoloqdan məsləhət alasınız.
Evdə hazırlaya biləcəyiniz reseptləri sizə təqdim edirik. Və sonda sizə kiçik bir məsləhətimiz də olacaqdır.
1. Yulaf və Bananla çox qidalı və ləzzətli səhər içkisi:
2 y.q. yulaf əzməsi
yarım ədəd banan
yarım st. kofe
yarım st. süd
Bunların hamısını birlikdə blender və ya mikserlə qarışdırın.
2. Tropik ləzzətləri sevirsinizsə sizə şad xəbərimiz var! Ananas ən ləzzətli yağ parçalayıcıdır.
3/4 st. doğranmış ananas
3/4 st. süd
1/4 kokos
yarım banan
Bunların hamısını birlikdə blender və ya mikserlə qarışdırın.
3. Cheesecake sevərləri də unutmadıq!
yarım st. süzmə pendir
yarım st. yarım yağlı süd
1 st qırmızı tut
Bunların hamısını birlikdə blender və ya mikserlə qarışdırın.
4. Bəs şokolad sevərlər?
1 st. yarım yağlı şokolalı süd
2 yemək qaşığı fıstıq əzməsi
1 ədəd banan
Bunların hamısını birlikdə blender və ya mikserlə qarışdırın.
5. Heç sevmədiklərimizdən ən sevdiyimizi düzəldək!
yarım st. yarım yağlı qatıq
yarım çay qaşığı vanil
1 st. ispanaq
yarım banan
Bunların hamısını birlikdə blender və ya mikserlə qarışdırın.
Son olaraq sizə arıqlamaq üçün kiçik bir məsləhət: gün ərzində hər dəfə yeməyə başlamazdan yarım saat əvvəl çalışın 2 stəkan ilıq su içəsiniz. Və evinizdə özünüzün xoşladığınız meyvədən yağsız kəsmik ilə 50-50 nisbətində qarışıqlar hazırlayasınız. Hər aclıq hiss etdikdə bu qarışıqdan yeməyiniz sizin metobolizminizi sürətləndirəcək.