Ayın Qonağı: Lisa Williams- Öz Bloqunu Necə Uğurlu Bir Şoppinq Saytına Çevirdi?
Ayın qonağı adlı yeni rubrikamıza xoş gəlmişsiniz! Ayda bir dəfə keçirilən bu rubrikada biz hər hansı bir sahədə müvəfəqiyyətə imza atmış şəxs haqqında yazı paylaşırıq. Yeni kəşf edilib edilmədiyindən asılı olmayaraq biz ən sevimli və bir o qədər də faydalı hekayələri sizinlə bölüşürük ki, siz bu sözü gedən sahədə yazılmış məsləhətlərdən istifadə edib hər hansı bir uğura imza ata biləsiniz. Bu dəfəki qonağımız Lisa Says Gah`ın sahibi və qurucusu Lisa Williams`dır.
Sizə kiçik bir sirr açacağıq: Özünüzə ən son trendlə ayaqlaşan geyim axtarırsınız və ya dəbdə irəliləmək üçün ilham axtarırsınız və cool görünmək istəyirsiniz, yaxud da məşhur dizaynerləri yaxından izləmək istəyirsinizsə Lisa Says Gah getməli olduğunuz adresdir. Bu e-shop özünəməxsus arzu edilən estetikası ilə sadəcə pərakəndə satış məkanı deyil, həmçinin redaktorlar və alıcılar üçün resursdur. Məhz buna görə də biz bu gün bu e-shop`un yaradıcısı və qurucusunu danışdırdıq ki, bizə bildirsin ki qızların yayda nə geyinmək istəyəcəyini necə təxmin edir və həmin geyimləri brendlər arasından necə tapıb seçir. Və əgər biz saytda "yeni gələnlər" bölməsinə nəzər salsaq, həmişə stokda geyimlərin bitdiyini müşahidə edərik. Buna əsasən də əmin olduq ki, Lisa çox yaxşı bilir ki qızların nəyi geyinəcək, nəyi geyinməyəcək.
Bütün müsahibəni oxumaq üçün səhifəni aşağı hərəkət etdirin.
Q; Bizə saytınızı nə vaxt, necə və niyə fəaliyyətə başlatdığını deyə bilərsiniz?
Lisa Williams: Mən elə bir platforma yaratmaq istədim ki, sadəcə şoppinqdən ibarət olmasın. İstədim ki, yaradacağım maqazində dəbi kreyativ və maraqlı düşüncələri olan xanımların olacağı cəmiyyəti qurmaqçün istifadə edim.
Lisa Says Gah`ı 2015-ci ildə Los Ancelesdan San Fanciscoya köçəndən sonra qurdum. Mən ilham verici bir blogla başladım, hansı ki indi Look adlanır. Sonra mən frilans dizaynerlərlə əlaqə yaratmağa başladım. LSG bloqum mənim üçün öz fantaziyamı və məhsulumu göstərməyim üçün hədəflədiyim məqsədimi və estetikamı göstərə biləcəyim bir yol idi. Artıq işləyə biləcəyim bir neçə dizayner olandan sonra, mən müsahibələr apararaq müştəriləri məhsullarla ünsiyyətdə saxladım.
Q; Sosial medya biznesinizdə necə rol oynayır?
Lisa Williams: Biz indi müştərilərimizin hesabına uzun xoşagəlməz poçtlar göndərmədən Instagram hesabımızdan müştərilərimiz alış-veriş edə bilərlər. Çox insanlar deyirlər ki, onlar bizi İnstagram vasitəsi ilə tapırlar. Bu əslində bizi çox sevindirir, çünki İnstagram səhifəmiz LSG`nin bütün hissələrini təqdim edir: orada bir az səhnəarxası maraqlı görüntülər, yeni məhsullar, insanların ilham ala biləcəyi bloq paylaşımları və müsahibələrimizdən olan sitatlar öz əksini tapır. Həmçinin, səhifəmiz müştərilərimizdn və bizi izləyən hər kəsdən rəy ala biləcəyimiz əla yerdir!
Q: Görünür ki, yeni fəaliyyətə başlamış və həmçinin çox diqqət toplaya bilməmiş unikal brendlərə də önəm verirsiniz. Bəs onları necə tapıb əlaqə saxlayırsınız?
Lisa Wiliams: Hər yerdən! Biz yeni brendləri İnstagram`dan, Pinterest`dən, artıq əməkdaşlığa başladığımız showroomlardan və əlbəttə ki bizimlə əlaqə yaratmış dizaynerlər vasitəsilə tapmışıq. Biz həmçinin yenilik sevərlər üçün öncəliklərdən olan vintaj geyimlərin də satışını həyata keçiririk. Lakin, stokda bu terz parçaların tez bitməsi işin ən mütəəssir hissəsidir. Məsələn, bu gördüyünüz bu çantanı yenidən stoka qoymağımız üçün çoxlu bildirişlər almışdıq.
Q: Sizin şəkil çəkmək tərziniz də elektronik satış üçün unikaldır, məhsul çəkilişindən daha çox küçə dəbi fotosessiyasını xatırladır. Bizə deyə bilərsiniz bu tərzi seçməkdə nədən ilhamlanırsınız?
Lisa Williams: Biz real qızlar seçirik və hətta bəzən də LSG ofisindəki qızlarla işləyirik və həmçinin çəkim üçün tebii yerləri seçirik. Bu əslində qeyri-ixtiyari baş verdi. Biz başlıyanda büdcəmiz az idi və yalniz adi qızlarla işləyə bilirdik. Biznesimiz böyüdükcə biz esil modellerlə işləməyi də yoxladıq. Lakin, bu LSG üçün original hiss etdirmədi və biz tez əvvəlki adətimizə qayıtdıq.
Biz çalışırıq ki kənardan olduqca sade görünək, göstərişli yox. Bizim müştərilərimiz də fikir vermir ki, modellərimiz professionaldır yoxsa yox, professional çəkiliş qrupu ilə işləmişik yoxsa yox və s. Onlar daha çox brendlə, keyfiyyət ilə və modelin onlara tanış olduğu yerdə paltarı nümayiş etdirməsidir və buna görə də, onların həyatına oxşarlığı və bağlılığıdır.
Q: Bəs bu geyim məhsullarının çəkiliş staylinqini necə edirsiz?
Lisa Williams: Biz bacardığımız qədər sadə etməyə çalışırıq. Mən adətən şəkilləri çəkirəm, asistanımız Gabriella isə staylinqi edir. Bizim üçün vacibdir ki, geyimlərin staylinqi haqqında çox düşünməyək. Çünki nə qədər çox düşünüb yaradacağımız obrazı mürəkkəbləşdirsək o qədər də reallıqdan kənarda qalacağıq. Çünki heş kəs professional çəkiliş komandası və güclü işıqlandırması olan studioda yaşamır. Müştərilərimiz nə görürsə və öz üstündə necə təsəvvür edirsə, elə də alır. Və düzünü desək belə daha az zamanımızı alır və vacib olmayan xərcləri azaldır. Biz hələ də kiçik bir komandayıq və bacardığımız kiçik həcmli çəkilişlərdir. Həftə içi ofisdən kənar çəkilişlər edirik. Biz öncədən obrazları yaratsaq da çəkiliş zamanı lazım olduqca dəyişikliklər edirik.
Q: Bəs fikrinizcə bu yayın trend geyimləri hansılar olacaq?
Lisa Williams: Geniş qollu rəngli toplar, hələ də sevilən dəst geyimlər və tor teksturalı parçalar.