Paris'in Sevimli Angelina'sı- Ən Yaxşı İsti Şokolad və Şirniyyatlar
Angelina: Qədim Üsulda İsti Şokolad "Afrikan"
Paris şokolad sevənlər üçün esil cənnətdir. Əgər nəzərə alsaq ki, bu şəhərin hər küncü göz alıcı dekorlardan ibarətdir, burada yerləşən füsunkar yerlərin hamısını kəşf etmək imkansızdır. Şokolad Paris'in sadəcə bir başqa xəzinəsidir və hava soyuduqca le chocolat chaud (isti şokolad) ən çox istənilənlərdəndir.
Təsəvvür edin ki, hərəkətli bir gündə əlinizdə isti şokoladınız Parisin Tuileries bağında gəzinirsiniz. Və düşünsək ki, Angelina kafesi Tuileries bağından Rivoli küçəsinə gedən yoldadır, bu heç də fantaziya olmaz. Siz bu yol boyunca gedib isti şokoladınızı əldə edə bilərsiniz. Ən yaxşı isti şokoladın Parisdə Angelina kafesində təklif edildiyi o qədər də təəccüblü deyil, çünki bu kafenin qurucusu olan ailənin Şərqi Avropada- dəbdəbəli isti şokoladın başlıca element olduğu yerdə dərin kökləri var.
Bu Paris klassikinin tarixi Rumplemeyer ailəsinin Avstriya- Macarıstan krallığından Fransanın cənubu Côte d’Azur regionuna köçməsi ilə başlayır. 19-cu əsrin sonlarında Rumplemeyers ailəsinin öz vətənlərində geridə buraxdığı çay evləri ilə bağlı nostaljik hisləri qalmışdı və onlar qərara gəldilər ki, Nice şəhərində yenidən birini açsınlar. Yeni çay evləri müvəffəqiyyətli bir təsəbbüs oldu və onlar bu uğurun davamında Monte Carlo'da və Antiber'də çay evləri açdılar. Bu uğurların davamı üzərində çalışaraq Rumplmeyers ailəsi 1903-cü ildə bu gün bir Paris klassiki sayılan Angelina kafesini açdılar.
İlk dəfə bu kafe Ruveli küçəsində açılanda Rumplemeyer kimi adlandırılmışdı. Lakin, sonralar 1930-cu ildə Antoine Rumpelmeyer (sahibkar) kafeni gəlininin adı ilə-Angelina adlandırmışdır.
İsti şokoladların şahzadəsi le chocolat chaud à l’ancienne l’Africain (qədim üsullu isti şokolad "Afrikalı") sayılır. Sizə bir fincan və nəlbəki yanında isə kiçik sürahidə üstü buxarlı, bir az qatı və qaymaqlı isti şokolad servis olunacaq. Qatılığı elədir ki, bir az daha artıq olsa, pudinq kıvamına gələcək. Bu heyrətamiz dadın yanına kicik sürahinin içində təzə çıröılmış qaymaq da servis edilir.
Le Mont-Blanc (Photo credits: World of Wanderlust)
Əgər bu sizin Angelina`ya olan ilk səfərinizdirsə, siz un məmulatlarının ən heyrətamiz dadı olan nümunəsi, məşhur- Mont Blanc şirniyyatını dadmalısınız! Tərkibi sadə olub, şabalıd kremindən, fromage blanc (yüngül krem pendirin bir növü) və bezedən ibarətdir. Dəqiq resept sirr olaraq saxlanılır, lakin, bu 3 inqredient bir yerdə yumşaq xırçıldayan və eyni zamanda kremli tekstura verir. Un məmulatlarının baş aşpazı Sébastien Bauer şimal-şərqi Fransada Elzas vilayətində anadan olub və un məmulatları və şokolad ekspertləri sülaləsinin nümayəndəsidir. Bəlkə də elə buna görə Angelina`dakı heyrətamiz qənnadı məmulatlarına nəzarət edir.
Photo credits: World of Wanderlust
Coco Chanel adətən 10 nömrəli stolda otururmuş. Məlumata görə o isti şokoladın daimi müştərisi idi. Həmin stol güzgülərin birinin yanına yerləşdirilib və onun bioqrafları xanım Chanel'in güzgüləri necə sevdiyini və güzgülərdən dünyanı seyr etmək üçün necə istifadə etdiyindən yazıb.