top of page

Zolaqlar: Çox Zamanların Ən Çox Güvənilən Parçası

Dəb aləmində bu sual davamedici bir diskussiya yaradıb: Yeni mövsüm üçün hansı zolaqlardan istifadə etməliyik? Zolaqlar hansı halda obrazımızı tamamlayar? Zolaqlı geyinək yoxsa zolaqsız? Damalı geyinsək daha dəbli görünərik yoxsa zolaqlı? Gəlin burada dayanaq, bu qədər sual başımızı qarışdırmağa kifayət etdi. İndi gəlin insanların zolaqlar haqqında düşündüyü ümumi yanlış anlaşılmanı aradan qaldıraq: Zolaqlar heç də çox dəbdəbəli obrazı modadan geridə qalmış obraza çevirmir, əksinə zolaqların özü elə hər zaman trenddə olan nadir parçalardandır! O əslində özəl günlər üçün nəzərdə tutulmuş çox bəzəkli parça konseptindən günlük istifadə edə biləcəyimiz parçaya qədər təkamül keçmişdir. Hətta Vogue ABŞ jurnalının kolleqasından Meredith Melling və Valerie Boster zolaqlardan ilhamlanaraq öz La Ligne brendini yaratmışlar.


"Fəsillərdən asılı olmayaraq zolaqlar özlərini zamansız, klassik elementlər olduğunu sübut ediblər" deyə Boster Britaniya Vogue jurnalının Avqust buraxılışı üçün qeyd etmişdir. Və beləliklə zolaqlar trend stratosferasından da önə keçiblərç yəni əgər indi qarderobunuzda varsa eslində siz növbəti mövsümlərdə də artıq trend geyinmiş sayılacaqsınız. Bəs əgər indi qarderobunuzda zolaqlı geyiminiz varsa, onu necə tamamlamalı?


Biz yaratdığınız obrazı olduğundan daha gözəl göstərmək üçün sizə zolaqlı geyimləri istfadə edəcəyiniz güvənilir üsulları paylaşırıq.

1. Əgər zolaqları obrazınızı tamamlamaq üçün istifadə edirsinizsə bunlar xatırlamalı olduğunuz əsas qaydalardır. Əgər zolaqlarla daha şık və olduğundan daha dəbdəbəli görünmək istəyirsinizsə, gözə çarpan rəngdə və qalın xətlər tam sizə görədir.

2. Dar zolaqlar minyon bədənlər üçün ən ideal seçimdir.

3. Şaquli zolaqlar universal incəldicilərdir. Fərqli zolaqlı parçaları birləşdirmək çox dəbli görünür, lakin əgər bu obrazı çox iddialı nümayiş etdirmək istəyirsinizsə bacardığınız qədər onu rahat daşıyın.

4. Bəli, siz eyni zolaqlı parçadan obrazınızın iki hissəsi üçün istifadə edə bilərsiniz, lakin eyni zamanda onu klassik parçalarla tamamlamalısınız.

5. Əgər siz tamamilə dənizçi obrazından uzaq qalmaq istəyirsinizsə, o zaman şaquli və qara rəngli (mavi yox) zolaqlardan istifadə edin. Və bu obrazı geniş ölçülü gün eynəkləri və dəri pencəklə tamamlaya bilərsiniz.

6. Nə qədər cəsarətli, o qədər yaxşı! Cəsarətli rəng təzadlarının çox yaxşı haqqını verən zolaqlar yırtıq ipli denim cinslərlə street-style üçün ideal görünür.

7. Əgər zolaqlı köynək geyinmək istəyirsinizsə o zaman rəsmi ülublardan qaçın. Əvəzində isə ipək üzərində pijama stildə olan zolaqlardan və ya fərqli kəsimlərdən istifadə edin.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page