Dəbli Balacalar: Tutu Ətəkləri
Uşaqlar şirin olur. Dəbli uşaqlar isə şipşirin.
Bu dəfə anaların və ən əsası balaca qızların sevimlisi tutu ətəklərindən danışacayıq. Tutu ətəklərini heç bir tikiş olmadan 10 dəqiqə və daha az bir müddətdə hazırlaya bilərsiniz.
Ləvazimatlar:
Tül parça
Saç aksesuarı (obodok) və ya rezin, lent
Qayçı
Hazırlanması:
Saç aksesuarını dairə forması alması üçün dairəvi bir əşyaya keçiririk. Daha sonra tül parçanı eni 15sm (uzunu uşağın boyuna görə dəyişir) olmaqla kəsirik. Son olaraq da saç aksesuarının deşikləri boyunca düyünləyirik.
Tüllərin rəngini dəyişməklə və çiçək, lent əlavə etməklə daha dəbli ziyafət ətəkləri əldə edə bilərsiniz. Bu ətəklər ad günü və ziyafətlər üçün idealdır.
BONUS:
Özünüzə də hazırlaya bilərsiniz.