Kabel Sənəti: Şunurlardan divar aksesuarları hazırla!
Bütün evlərdə tapılan kabellər (şunur) bəzən çox uzun olur və bu xoşagəlməz görüntü yaradır. Çarəni isə onları gizlətməkdə tapıriq. Halbuki onlardan çox gözəl divar aksesuarları yaratmaq olar.
Rəssam Maisie Broadheadin 2009-cu ildə yaratdıığı "Cable Drawings" əsərindən olan parçalar sizə kabeldən gözəl divar aksesuarları yaratmağa kömək edə bilər.
Şəkildə də göründüyü kimi ehtiyacınız olan şeylər kabel bağlamaları və birazca fantaziyadır.
Rəsmlərin daha səliqəli alınması üçün əvvəl karandaşla formanı çəkməyiniz tövsiyə olunur. Beləcə siz nə qədər kabel lazım olacağını da təyin edə bilərsiniz.
Əgər bu dizaylar sizə çox qəliz görünürsə, daha sadələrini də edə bilərsiniz.
Bu şəkildəki kimi sadəcə kabeli burmaqla kiçik ovallar yarada bilərsiniz.
Bu formada daha sadə şəkillərdən də məsələn ağac və ya çiçək şəkilindən istifadə edə bilərsiniz.
Və yaxud kabel bağlamalarını bəzəməklə gözəl görüntü əldə edə bilərsiniz. Şəkildə gördüyünüz bağlamaları hazır şəkildə internetdən sifariş edə bilərsiniz. Və ya rəngli kağızlardan quş, gül, yarpaq və s. kəsməklə kabel baglamalarının üzərinə yapışdıra bilərsiniz.
BONUS:
Evinizdə artıq qalan və ya istifadəyə yararsız kabellərdən bele bir aksesuar hazırlaya bilərsiniz.