top of page

Mismar Möcüzəsi: hədiyyələri özünüz hazırlayın!


Sevdiklərimə nə hədiyyə edim deyə düşünürsünüzsə, bu yazı məhz sizin üçündür. Ən gözəl və yaradıcı hədiyyələri özünüz düzəltsəniz bu həm büdcə dostu olar, həm də işə duyğunuzu qatmış olarsınız. Bəs nə hazırlayım? "String Art" ,yəni mismar sənəti adlanan dizayn növündən istifadə edə bilərsiniz.

Gördüyünüz bu əsər həm gözəl, həm də hazərlanması olduqca asandır. Çünki burda xüsusi bir naxış tələb olunmur.

Ləvazimatlar:

Taxta parçası

Toxuma sapları ( adi sapda olar)

Mismarlar

Kağız

Karandaş

Qayçı

Çəkic

Zövqə görə vinil və ya boya da istifadə edə bilərsinizş

Hazırlanması:

1-ci addım: Kağız üzərində ürək və ya istədiyimiz bir fiqur çəkirik. Əgər səliqəli olmasını istəyirsinizsə, internetdən şəkli hazır yükləyib çap edə bilərsiniz. Sonra şəkili qayçı ilə kəsirik.

2-ci addım: Kəsdiyimiz şəkili taxta parçasının üzərinə qoyub mismarla əhatələyirik. Mismarları bərkitəkdə çəkicdən kömək ala bilərsimiz.

3-cü addım: Sapı ortadakı mismara düyünləyib kənarda olan bütün mismarlardan keçəçək şəkildə naxışlar atırıq.

Və budur: Mismar Möcüzələri

Hədiyyə edəcəyiniz şəxsin adını işləyə bilərsiniz.

Boya köməyi ilə taxtanı əvvəl rəngləyib sonra mismarları düzərək fərqli model hazırlamaq olar.

BONUS:

Bu əsərin arxa fonu vinil adlanan kağızdan hazirlanib. Vinil arxa tərəfi yapışqan olan kağızdır və onu müxtəlif naxışlı formalarını məktəb ləvazimatı satılan yerlərdən əldə edə bilərsiniz.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page