Çətir Əfsanəsi: Dəbli aksesuarları çətirdən yarat!
Çətir bizi yağışdan və islanmaqdan qoruyan müxtəlif naxışlarla bəzədilmiş zərif aksesuardır. Bəs elə bu? Xeyr! Çətirdən olduqca zövqlü ev aksesuarları yaratmaq olar.
Yuxarıdakı şəkildəki kimi bir aksesuar... gözəldir elə deyilmi? Bunu hazırlamaq üçün ehtiyacınız olan çətir, lent və çiçəklərdir.
İlk olaraq çətiri düz qalması üçün şəkildəki formada tuturuq. Sonra aşağı hissəsindən lentlə baglayırıq. Və ən sonda isə çiçəkləri yerləşdiririk.
Və hazırdır! Sonra aksesuarı qapı və ya pəncərədən asa bilərsiniz.
Ləvazimatların rəngini zövqə uyğun dəyişib fərqli dizaynlar yarada bilərsiniz. Bu aksesuarın müxtəlif formalarını təqdim edirik:
BONUS:
Çətirdən bu cür görkəmli çilçıraqlar da hazırlaya bilərsiniz. Bunun üçün sizə çətir, süni çiçəklər və yapışqan lazım olacaq, Öz fantaziyanızın gücü ilə müxtəlif gözəlliklər yarada bilərsiniz.