top of page

Karlie Kloss Gözəllik Sirlərindən Danışdı


Bəzən xeyriyyə üçün şirniyyat hazırlayıb, bəzən də Coach, Victoria's Secret və Louis Vuitton kimi brendlər üçün modellik edən Karlie Kloss məşğul xanım olsa da, öz gözəllik sirlərini bizimlə paylaşmağa vaxt ayırdı. L'Oreal'ın gözəllik elçisi anasından aldığı gözəllik məsləhətlərindən tutmuş öz istifadə etdiyi məhsullara qədər dəyərli tövsiyələrini HarpersBazaar jurnalına öz müsahibəsində paylaşır...

Hər zaman istifadə etdiyiniz ətir hansıdır? Və qoxunuzu nəyə əsasən seçirsiniz?

KK: Mən hər zaman diqqət edirəm ki, tünd qoxulu etirlər almayım. Və həm axşam, həm də gündəlik olaraq istifadə edə bilim. Lakin bir az da ədviyyat qoxusunu sevirəm. Carolina Herrera'nın yeni çıxardığı ətiri çox sevirəm, tezliklə satışa çıxarılacaq. Mən onun xüsusi buraxılışını əldə etdim və sevərək istifadə edirəm.

Hansı 3 gözəllik məhsullarıdır ki, onlarsız yaşaya bilmirsiz? Və niyə?

KK: Anam hər zaman bacılarıma və mənə dərimizə qulluğun nə qədər vacib olduğunu vurğulayırdı. Mən dərimi nəmləndirmək və məsamələrimi təmizləmək üçün dəri aşındırıcı (pilinq) gil maskalardan istifadə etməyi sevirəm. L'Oeral'ın yeni gil maskaları var ki, dərini bərpa etmək üçün və dərinizə qulluq etmək üçün əla vasitədir. Mən doğurdan da dərimi nəmləndirməyə çox diqqət verirəm, hər hansı bir yağla ya da qatı bir kremlə, fərqi yoxdur. Qışda əgər dərimi bir az nəmləndirmək istəyirəmsə bəzən kremimə bir-iki damla yağ əlavə edirəm, yayda isə bəzən elə yağın özünü dərimə vuraraq onun hopmasını gözləyirəm. Dırnaqlarım da tez tez quruyur, onlara da yağ vuraraq qurumadan qoruyuram.

İndiyə qədər sizə verilən ən yaxşı gözəllik məsləhəti nədir?

KK: Daha az daha yaxşıdır. Bu mənim həm cild baxımında həm də dəb aləmində istfadə etdiyim fəlsəfəmdir. Daha az, amma yaxşı keyfiyyətli məhsullar. Mənim ən sevdiyim makiyaj obrazlarından biri qırmızı mat dodaq boyası, tərtəmiz üz və bəlkə bir az gözaltı tonal krem (concealer), bir az allıq və əla bir tuş. Mən sadəcə bir hissəyə fokuslanmağı sevirəm. Məsələn, gözəl dər rəngli dodaq boyası və incə cat eye göz makiyajı. Düşünürəm ki, gözəl makiyajin sirri sadəcə bir hissəyə foksulanıb onu ən yaxşı hazırlamaqdır.

Gündəlik makiyaj çantanızda nə var?

KK: Adətən tez istifadə edə biləcəyim məhsullardır: gözaltı tonal krem (concealer), əla bir dodaq balzamı, dəri rəngli və ya çəhrayı dodaq boyası. Bunlar elə məhsullardır ki, az vaxt sərf edərək gözəl görünə bilərsiniz. Məsələn, təyyarədən düşəndə heç birimiz baxımlı görünmürük, lakin bu məhsullarla bir az baxım gözəl görünməyimizə kömək edir. Həmçinin, çəhrayı dodaq boyasını dodağınıza vurduqdan sonra onu hətta allıq kimi də istifadə edə bilərsiniz.

İstifadə etdiyiniz hər hansı xüsusi saç üçün məhsulu var? Və ya hər hansı bir müalicə?

KK: Mən qaydalı üz baxımı maskaları etməyi sevirəm. Bu saçlarıma da aiddir. Bütün müasir qadınlar müxtəlif saç məhsullarından və saç quruduculardan istifadə edir, saçlarını zədələyir. Ona görə də mən saçıma maska qoyub onu nəmləndirməyə çalışıram. Hər zaman çantamda quru şampun gəzdirirəm, çünki bu yağla qarışdırıldıqda saçlarıma əla tekstura bağışlayır. Həm də daşıması çox rahatdır.

Formada qalmaq üçün nə edirsiniz?

KK: Mən həmişə iş başındayam, ona görə də elə bir rutinə ehtiyacım var ki, özümlə daşıya bilim. Snikerslerimi geyinib bayırda qaçmağı çox sevirəm. Pilates və idman üçün rəqs etməyi də çox sevirəm. Çünki o yağlarımızı əritməyin ən asan yoludur, siz sadəcə 1-2 saat rəqs edirsiniz və eyni zamanda yağlarınızı əridirsiniz.

Yaxşı qidalanmaya necə yanaşırsınız?

KK: "Sən necə qidalandığının əsas göstəricisisən" anamın mənə öyrətdiyi dərslərdən biri idi. Özünüzü yaxşı enerji və qidalanma ilə bəsləmək çox vacibdir. Uşaq olanda mən çox arıq idim və yeməyimə diqqət etmirdim. Nyu Yorka köçəndən sonra- yeni qidalar dadandan sonra, mən yeməyimə daha çox diqqət etməyə başladım və təmiz qidanın əslində bizim üçün nə qədər vacib olduğunun fərqinə vardım. Mən doğurdan da təmiz qidalanmağı çox sevirəm, çünki o bizim düşüncə tərzimizi dəyişir və bizə yaxşı enerji verir.

Siz model olduğunuz qədər həm də iş qadınısınız- düşünürsünüz mü ki, xanımlar iş yerlərində ciddi yanaşıldıqları qədər, həm də eyni zamanda gözəl görünə bilər, dəb və gözəlliklə maraqlana bilər?

KK: Əlbəttə!- Mənim üçün mənim karyeram dəb modeli olmağımdır, belə ki, kənardan çoxlu diqqət var üzərimdə. Lakin daha gözəl olan zəkanız, geniş maraq dairəniz olması və mehriban biri olmağınızdır. Mənim gözümdə ən gözəl insanlar daxilən parlayan insanlardır.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page