2016 Yay Makyaj Trendləri: "Marie Claire"-dən
1. Göz Qırışı- Negavtive Space Eyeliner
Retro havası olan bu makyaj çox sadə yolla çəkilir. Etməli olduğunuz "cat
eyeliner"- pişik layneri çəkmək və daha sonra isə göz qapağının qırışdığı hissəyə göz bəbəyinədək olmaq şərtilə nazik xətt çəkməkdir. Maykajdan öncə shadow primer- göz bazı istifadə etməyi unutmayın.
2. Non-Touring
Adından da bəlli olduğu kimi bu makyajda konturdan istifadə edilmir. Dünya ulduzlarının makeup artisti Renee Sanganoo: " Təbii görüntü əldə edilən bu makyajda üz yumşaq və işıltılı olmalıdır". Bunun üçün nəmləndirici krem, highlighter və işıltı verən məhsullardan istifadə edə bilərsiniz.
3.Qum Torbası- Sandbagging
Sandbagging adlanan bu metodda isə göz altı və dodaqların alt hissələrinə pudra çəkmək lazımdır. Bu hamar və mat görsənəcək.
4.İşıltılı dodaqlar- Lip Oil
Lancôme- in sevimlisi meyvəli blesklər dəbi qayıtdı. Bu il yay ayı nəmli dodaqlar dəbdədir.
5. Rəngli Kirpiklər- Colour Lashes
Yay ayları rəngli geyimlər göz oxşayır. Eləcə də rəngli kirpiklər.Həm də oların ilin trendidir.
6. Zərli Gözyaşları- Glitter Tears
Zər heç bu qədər dəbli görünməmişdi. Bu makyajda nəmləndirici köməyi ilə göz yaşı effekti yarada bilərsiniz. Sonra isə zərlər. Bu həmdə gözaltı qaralarını gizləməyin ən dəbli yoludur.
7.Parıltılı gözlər- Glossy Lids
Marilyn Monroe sevimlisi gözlər. Sadəcə vazelini goz qapağiniza sürməklə bu makyaja sahib olacaqsınız.
QEYD: Mənbə marieclaire