top of page

Yalnız Qara Geyinənlər Üçün 7 Trend Yay Obrazı

Hansı fəsilin olmasından asılı olmayaraq bəzilərimizın seçimi hər zaman başdan-ayağa qara geyinmək olur. Amma bu məqamda bizi "sıxıcı" adlandırmadan öncə bilməyinizi istərdik ki, başdan ayağa bir rəngdə geyinmək çox dəbli görünür. Lakin, dəbli görünməklə dəbli hiss etmək tamamlə iki fərqli anlayışdır. İstilikuducu xarakteri olması tamamilə qara geyinməyin pis cəhəti olsa da, inanırıq ki düzgün seçimlərlə o qədər dəbli hiss edəcəksiniz ki, istidən tərləmək yadınıza düşməyəcək.

Biz sizin üçün hər şeyi 7 asan formulaya bölmüşük və siz bu formulaların sayəsində alış-veriş edəndə yalnızca bir rəngə fokuslanaraq düzgün parçaları seçib istədiyiniz obrazı yarada bilərsiniz. Siz hətta bu məsləhətləri öz ətrafınızla da bölüşə bilərsiniz ki, onlar öz obrazlarını yaratmaq istəyəndə qara rəngi də nəzərə alsınlar.

Səhifəni aşağı hərəkət etdirərək verdiyimiz dəb məsləhətlərindən yararlana bilərsiniz. Bəlkə də bu yay tamamilə qara geyinməyin vaxtıdır!

1. Dəri pencək+ Bəzəkli Top

Dəbi yaxından izləyən biri kimi görünmək istəyirsinizə göz alıcı detalları olan köynək geyinib çox isti olmasın deyə çiyinlərinizdən yüngülcə dəri pencək ata bilərsiniz.

2. Çiyini düşük köynək+ Hündürdaban ayaqqabı

Çox zərif görüntü yaradan çiyini düşük köynək gecə obrazı üçün ideal seçimdir, xüsusilə o hündürdaban ayaqqabılarla tamamlananda.

3. Midi Don+ Snikers

Sevdiyiniz midi donu seçin və ona bir cüt sevdiyiniz snikersləri əlavə edin. Günəşdən yanmadan və tərləmədn gün boyu rahatlıqla gəzə bilərsiniz.

4. Dəri yubka+ Sadə T-shirt

Baxmayaraq ki, dəri yubka isti kimi görünsə də, A şəkilli yubkalar sizin bədəninizə yapışmayacaq. Onu sadə qara T-shirt'lə tamamlayın və parlaq aksesuarlardan istifadə edin.

5. Bəzəkli köynək + Qısa Şalvar

Əgər planınızda qara rəngli cins şalvar geyinib çıxmaq varsa və ya almağı düşünürsünüzsə çalışın uzunluğu topuqdan yuxarıda olsun. Onu bəzəkli və düyməli köynəklə tamamlasanız günlük ofis obrazınız hazırdır!

6. Uzun don + Sandallar

Həftəsonu üçün gün ərzində rahat hərəkət edə biləcəyiniz ideal obrazdır! Uzun donunuzu dəbli görünən və nisbətən detallı sandallarla tamamlayın!

7. Düyməli köynək + Skinny (dar) cins

Bu klassik bir obrazdır. Köynəyi cinsin içərisinə salaraq incə bir kəmər və dəbli ayaqqabılarla bu obrazı çox daha baxımlı və şık göstərə bilərsiniz.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page