Xəyallarınızdakı nişan üzükləri kolleksiyası
Həyatın ən həyəcanlı anlarından biri də nişan ərəfəsidir. Bu anı bir ömür boyu yaddaqalan edən məhz nişan üzüyüdür. Bəs mükəmməl nişan üzüyünü nəcə seçək?
Sizə təqdim edəcəyimiz bu kolleksiya dünyanın məşhur brendlərinin üzükləridir.
Tək qaş üzükləri sevən xanımlar üçün Tiffany&Co. -dan almaz və platindən hazırlanmış 2,5 karat sadə və olduqca dəbli üzük.
Tək qaş sevənlər üçün əla seçimdir Perlée. Van Cleef and Arpels- dən Perlée adlanan bu üzük ağ qızıl və dairəvi kəsilmiş almazdan hazırlanıb. 1 karat olan bu üzüyün qiyməti €4,650 (avro) -dır.
Daha bir möhtəşəm seçim Mellerio dits Meller-dən 0,5 karatlıq üzükdür. Qiyməti €8,800 olan bu üzük boz qızıl və dairəvi kəsimli almazdan hazırlanıb.
Çox incə naxışlarla işlənmiş Mauboussin üzüyü eleqant xanımlar üçün ideal seçimdir. Goutte de Jour adlanan üzük 0,09 karat olmaqla ağ qızıl və almazdan hazırlanıb. Qiyməti €795 avrodur.
Daha iri və göstərişıi üzük sevənlərə Chanel Joaillerie-dən Signature Surpiquée üzük ideal seçimdir. Ağ qızıldan və dairəvi kəsilmiş almazdan hazırlanan üzük €42,000 avrodur.
Chopard- dan düzbucaqlı kəsimli almaz qaşlı və platindən hazırlanan üzük 0,5 karatdır. Qiyməti €7,680 avro təşkil edir.
Messika- dan Joy üzüyü 0,45 karat olmaqla ağ qızıldan hazırlanıb və €5,900. avrodur.
Boucheron- dan Serpen Bohème üzüyü0,40 karat olmaqla ağ qızıl və almazdan hazırlanıb. Qiyməti €5,650.
Buccellati- dən Titania kolleksiyasının Romanza üzüyü ağ qızıl və almazdan hazırlanıb. qiyməti €10,000.
Piaget- dən Célébration adlanan üzük platindən hazırlanıb və xırda almaz qaşlarla işlənib. 0,7 karatdır.
Chaumet- dən Joséphine Aube Printanière üzüyü platin və almazdan hazırlanıb.