Blake Lively Hamiləlik Obrazları İlham Mənbəyiniz Ola Bilər- 20 Fərqli Stil
Birinci övladı olan James'ə hamilə olanda çoxlarının sevimlisi, Gossip Girl serialının ulduzu Blake Lively bizə sübut etdi ki, hamilə xanımlar da istədikləri dəbli obrazları yaradıb çox gözəl görünə bilərlər. İkinci dəfə ana olmağa hazırlaşan aktrisa öz şık ana obrazını davam etdirir. Rəngli dəbdəbəli şarflardan tutmuş feminin donlara qədər bir çox tərzi nümayiş etdirmiş Blake'in seçdiyimiz 20 ən çox danışılan obrazlarını sizinlə paylaşırıq.
1. İyul 15, 2016
Blake Emanuel Ungaro imzalı donu və Christian Louboutin ayaqqabıları ilə aparıcısı Jimmy Fallon olan The Tonight Show'a qatıldı.
2. Iyul 13, 2016
Aktrisa Carolina Herrera mini donu və açıq solğun çəhrayı rəngli Christian Louboutin hündürdabanları ilə Cafe Society filminin New Yorkdakı nümayişinə qatıldı.
3. İyul 13, 2016
Lively başdan ayağa işləməli kəmərli Valentino donu, halqa şəkilli bilərzikləri, T şəkilli kəməri olan metal bəzəkli hündürdabanı ilə New Yorkda görüntülənib.
4. İyul 12, 2016
Blake Diane Von Furstenberg Penelope and Havita imzalı donunu ombre hündürdabanları və üzük bloku ilə tamamlamışdır.
5. İyul 12, 2016
Blake Cafe Society filminin mətbuat konfransında şaftalı rəngli güpür detallı Jonathan Simkhai donu, stiker naxışlı sumkası və ağ topuqluları ilə
qatıldı.
6. İyun 22, 2016
Blake axşam obrazı üçün kəsik detallı və üzəri parlaq işləməli dar qara don və Guiseppe Zanotti kəmərli hündürdaban sandallarından istifadə etmişdir. O bu geyimini uyğun rəngli sırğalar və üzüklərlə tamamlamışdır.
7. İyun 22, 2016
Blake New York hotelindən çıxarkən görüntülənmişdir. Mavi rəngli mini donu, metal işləməli hündürdaban ayaqqabıları və qızılı klaçı ilə diqqət mərkəzində olmuşdur. Bu obrazın üzərinə etdiyi dalğalı saçları geyimini tamamlayır.
8. İyun 21, 2016
Lively Shallows filminin premyera sonrası ziyafətinə asimetrik kəsik detaylı uzun ətək və onun üzərinə balıqçı yaxa (vodolazka) stilində üst geyimini seçmişdir.
9. İyun 21, 2016
Aktrisa Carolina Herrera imzalı straplez ziyafət donu və Christian Louboutin hündürdabanları ilə Shallows filminin New Yorkdakı premyerasına qatıldı.
10. İyun 21, 2016
Eyni gün yenə New Yorkda Blake bu dəfə qırmızı midi donu, zinət daşları ilə bəzədilmiş hündürdaban sandalları və biləyindəki qızılı qolbağıları ilə görüntülənmişdir.
11. İyun 21, 2016
Heç nə Blake'in şık analıq stilinin qarşısını ala bilməz, hətta kapşonlu boz svitşört belə. Aktrisanın zamoklu svitşörtü payetli və lələk detallı ag don və Christian Louboutin hündürdabanları ilə tamamlaması uğurlu bir obraz ilə nəticələnmişdir.
12. İyun 20, 2016
Blake günün 3-cü obrazı üçün hamiləliyini vurğulayan Cushnie Et Ochs imzalı mavi X yaxalı don, gül bəzəkli stiletto və qızılı qutu şəkilli klaçdan istifadə etmişdir.
13. İyun 20, 2016
Aktrisa günəşli havaya uyğun olaraq parlaq sarı rəngdə Jenny Packham ziyafət donundan istifadə etmişdir.
14. İyun 20, 2016
Lively bütünlüklə parlaq qaşlarla bəzədilmiş və dilik-dilik yaruslu ətəyi olan mini don geyinmişdir. Aktrisa obrazını boz əl çantası və uzun bağları olan Stuart Weitzman hündürdaban sandalları ilə tamamlamışdır.
15. Noyabr 8
Blake obrazı üçün ağ sviter və eyni rəngdə Michael Kors markasının 2015 yaz kolleksiyasından olan çiçək detallı, midi və A şəkilli yubkasından istifadə etmişdir.
16. Oktyabr 19
Blake New Yorkda şoppinq edərkən kameraların obyetktifinə tuş gəldi. İsti qəhvəyi rəngli uzunboğaz yastıdaban çəkmələrinin mavi və ağ rənglərinin növbələşdiyi zolaqlı yubkası ilə uyumu diqqətə layiq idi.
17. Oktyabr 18
Blake Tribeka, New Yorkda Sisterhood of the Travelling serialının ulduzu Amber Tamblynlə görüntülənmişdir. Aktrisa tünd göy rəngli atlaz kombinozunun altına qızılı və ilan dərisi materiallı stilettosunu seçim etmişdir.
18. Oktyabr 17
Blake New Yorkun Soho küçsində multi rəngli üst geyimi və onun altına üst geyimin dominant rəngində, yəni narıncı rəngdə uzunboğaz çəkmə geyinmişdir.
19. Oktyabr 16
Blake God's Love We Deliver Golden Hearts mükafat gecəsinə Michael Kors 2015 kolleksiyasından uzun ziyafət donunu seçim etmişdir.
20. Noyabr 7
Blake New Yorkda dizayner butikində şoppinq edərkən Amour Vert zolaqlı koftası və Christian Louboutin dizüstü çəkmələri ilə diqqət mərkəzində idi.
Siz ən çox hansını bəyəndiniz?