18 Iyul: Həftənin Ən yaxşı Geyinənləri
1. İyul 20
Zoe Saldana San Diegoda keçirilmiş Star Trek Beyon filminin premyerasına solğun mavi rəngdə toxunaqlı teksturalı don geyinmişdir
2. İyul 20
Eyni filmdə rol almış Sofia Boutella tədbirə qısa ağ rəngli don seçim etmişdir.
3. İyul 20
Jullianne Moore Good Morning America proqramına qatılarkən zolaqlı köynək və onun altına ağ qısa yubka seçim etmişdir.
4. İyul 20
Bu dəfə New Yorkda görüntülənən Jullianne Moore qara pencəyi eyni rəngdə və üstü bəzəkli şalvar ilə dəst etmişdir.
5. İyul 20
Alexa Chung geyindiyi bəzəkli ağ köynəyi, mavi cins şalvarı və iplə bağlanmış espadrilləri ilə əsil yay obrazı yaratmışdır.
6. 20 İyul
Pippa Middleton Londondakı evindən çıxarkən görüntüləndi. O çiçək işləməli yay donu və ayaqları üçün istifadə etdiyi dəri rəngli platforma sandalları ilə gözəl yay obrazı yaratmışdır.
7. İyul 19
Suki Waterhouse göbəyi açıq olan cins şort-kombinzonu və idman ayaqqabıları ilə New Yorkda görüntülənmişdir. Saçı üçün istifadə etdiyi çəhrayı və ag rəngli xanalı aksesuarı onda vintaj obrazı havası yaratmışdır.
8. İyul 19
Həmçinin həmin gün eyni şəhərdə olan Alexa Chung basqılı T-shirt, düyməli cins yubka və espadrilləri ilə kameralara görüntülənmişdir.
9. İyul 19
Heidi Klum New Yorkda küçə dəbi üçün sadə ağ maksi don və yastı daban sandallara üstünlük vermişdir.
10. İyul 18
İkinci dəfə ana olmağa hazırlaşan Mila Kunis Bad Moms filiminin New Yorkdakı premyerasına seçim etdiyi ağ rəngdə çiçək işləməli kombinzon və açıq çəhrayı rəngdə stilettoları ilə şık görüntü yaratmışdır.
11. İyul 18
Sara Sampaio da dəvətlilərdən idi. O vücuda oturan qara donu və ona uyğunlaşdırdığı hündürdabanları ilə cazibədar görünürdü.
12. İyul 17
Alessandra Ambrosio Marbellada keçirilən Global Gift Gala mərasiminə solğun çəhrayı rəngli gecə donu seçim etmişdir. Ayağı üçün seçim etdiyi gümüşü hündürdaban sandalları və parlaq aksesuarları ilə o obrazına parıltı əlavə etmişdir.
13. İyul 18
Pixie Lott Londonda geyindiyi göy rəngli kombinzonu və qəhvəyi rəngli hündürdabanları ilə zərif görünürdü.
14. İyul 18
Jason Bourne filminin Las Vegasdakı premyerasına Alicia Vikander kəsik detallı parlaq gecə donunu seçim etmişdir.
15. İyul 18
Eyni filmdə rol almış Julia Stiles bəzək basqılı uzun donu ilə tədbirə qatılmışdır.
16. İyul 18
Zoe Saldana Good Morning America proqramına pilləli çəhrayı rəngli midi donu seçim etmişdir.
17. İyul 18
Günün əvvəlində Zoe bəzəkli pijama stilində köynəyi bədənə oturan cins şalvar və hündürdabanıarla dəst etmişdir.
18. İyul 18
Pixie Lott Londonun ən isti günündə bəzəkli krop top və eyni parçadan ona uyğun kəsik detallı yubka şortu ilə diqqət çəkirdi. Bu dəstin altına geyindiyi görünməz ayaqqanıları ilə yayın trendinə tam uyğun görünürdü.
19. İyul 16
Victoria Beckham hava limanında boz rəngli özəl tkilmiş uzun pencəyi və onun altına eyni parçadan tikilmiş klassik şalvarı ilə şık görünürdü.
20. İyul 14
Olivia Palermo New Yorkda keçirilmiş Pepsi tədbirinə Self Portrait markasından pilləli ağ donu ilə zərif görünürdü. Boyun aksesuarı kimi istifadə etdiyi şarf onun sadə obrazına trend şık havası əlavə edirdi.