top of page

Saçlarımızı Uzatmağın Yolları


Gözəl,uzun,baxımlı saçlar hamının xəyalıdır.Biz xanımlar baxımlı və gözəl görünməyi sevirik.Saçlarımızda baxımlı görünməmizdə böyük rol oynayır.İndiki zamanda ekoloji kirlilik,istifadə etdiyiniz fenlər,stress və.s saçlarınızın sağlığını itirməsinə gətirib çıxarır.Bu səbəbdən saçlarınıza xüsusi diqqət göstərməlisiniz.Bunun üçün aşağıdakı qaydalara riayət etməyiniz tövsiyə olunur.

1. Saçlarınızdakı saçqıranları aldırın !

Saçqıranlar saç uclarınızın hava almasını əngəlləyir və uzanmasının qarşısını alır.Saçqıranlarınızı mütəmadi olaraq təmizlətdirsəniz saçlarınız daha tez uzanmağa başlayacaq.

2. Saç diblərinizi masaj edin !

Saç diblərinizə dairəvi hərəkətlərlə masaj etsəniz əsasən şampunlama zamanı,qan dövranı sürətlənər və saçlarınız uzanmağa başlayar.

3. Baxım yağları ilə qidalandırma !

Saçlarınıza baxım yağları ilə etdiyiniz maska,saçlarınızın həm uzanmağına həm də nəmlənməsinə yardımçı olacaq.Bu yağlara jojoba,kokos,zeytun,avokado yağları daxildir.

4. Saçlarınızı darayın !

Saçlarınızı daramaq,başdakı qan dövranını sürətləndirərək saç diblərinizin nəfəs almasını asanlaşdırar və bununda nəticəsi saçlarınız sürətlə uzanmağa başlayar.

5. Fenlərdən istifadəni azaldın !

Əgər saçlarınızı fenlə qurudursanız çox böyük səhv edirsiniz deməkdir.Çünki fenlə qurutmaq saçlarınızı nəmsiz qoyar və gücsüzləşib tökülməyə başlayar.Əgər saçlarınızı fenlə qurutmaq istəyirsinizsə isti deyil,soyuq havasıyla qurutmağı sınayın.

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page