top of page

YAYIN DƏBİ - SABOLAR

Bir neçə il əvvələ qədər "Dəbdən uzaq" statusunu aradan qaldıran, geyinməyə təşəbbüs edənləri tənqid hədəfinə çevirən sabolar bu ilin görkəmli trend ayaqqabıları arasındadır. Son günlərdə bütün məşhur brendlərin dükanlarında yer alan, demək olar ki, hər kəsin ayağında görülən, gündəlik istifadədən xüsusi dəvətlərə qədər istənilən fəaliyyətə uyğunlaşan bu sabolar küçə dəbinin "yeni cool" u sayılır.


Təbii ki, bu geri dönüş bir anda peyda olmadı. Müasir toxunuşlarla yenilənən mövsümün saboları köhnə modellərinin əksinə dəbdəbəli detallarından təmizlənmiş və "sadə" dizaynların izindədir. Yayin əvəzsiz alternativləri arasında olan saboların rəngi əsasən sakit və sadə tonlar, dabanları alçaq və qalındır. Bununla da, sabolar modasevərlərə “əziyyətsiz zərafət” qazandırır.

Maryam Nassir Zadeh

Müştəriləri New Yorkun zadəgan təbəqəsindən olan İran əsilli Amerikalı dizayner Maryam Nassir Zadeh kvadrat dabanları çox əvvəldən kəşf etmişdi. 2008-ci ildə Lower East Side'da açdığı dükanında məşhur markalarla birlikdə öz dizaynlarına da yer ayıran Zadeh üçün dabanlı başmaqlar kolleksiyasının əvəzedilməzləri arasında olmuşdu.

Mansur Gavriel

2012-ci ildə Rachel Mansur and Floriana Gavriel tərəfindən quruluşunun ardınca ilk dizaynları “bucket” çantaları ilə az bir müddətdə fenomenə çevrilən marka Mansur Gavriel mules adı verilən dabanlı sabolarla keçən il açdıqları ayaqqabı kateqoriyasına da çox uğurlu bir başlanğıc etdi. Müxtəlif tərz və cürbəcür rəngdə təqdim edilən bu ayaqqabılar modasevərlərin tezliklə diqqət mərkəzində olmağı bacardı.


Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page