Göz Altındakı Qara Kölgələrdən Xilas Olmaq Üçün Məsləhətlər
Göz altındakı qara kölgələr çoxsaylı xanımın şikayət etdiyi və əziyyət çəkdiyi bir problemdir. Ümumiyyətlə, göz altındakı qara kölgələr nizamsız qidalanma, yuxusuzluq, spirt və siqaret istehlakı yada genetik faktorların təsiri ilə meydana gələn narahat edici bir vəziyyətdir. Bir çox qadınların kabusuna çevrilən bu tünd rəng halqalardan xilas olmaq təsirli məsləhətlər və təbii maskalarla heç də mümkünsüz deyil.
Göz Altı Qara Kölgələri Azaltmağa Köməkçi Ola Biləcək Tövsiyələr
Sağlam qidalanma
Kafi miqdarda su istehlakı
Gözləri ovuşdurmaqdan qaçınmaq
Müntəzəm yuxu sistemi
Düzgün makiyaj təmizləmə məhsulu istifadə etmək (səhv bir təmizləmə məhsulu ilə gözləri həddindən artıq ovalamaq iltihablanmağa və kapilyar damarlarda zədələnməyə səbəb ola bilər. Bunun nəticəsində də tünd rəng halqalar meydana gələ bilər).
Üzü yuyarkən çox isti su istifadəsindən qaçınmaq (üzü isti su ilə yumaq şişkinliyi pisləşdirər və tünd rəng halqaları daha da ortaya çıxarar).
Spirt və duz istehlakını azaltmaq (çox spirt ya da duz istifadəsi su itirmənizə səbəb olub gözlərinizin şişməsinə gətirib çıxarar. Bunun nəticəsində də qara kölgələr daha da pisləşər).
Əgər siqaret istifadə edirsinizsə tərgitmək (siqaret istifadəsi qan damarlarının daha diqqətə çarpan və daha mavi görünməsinə yol aça bilər).
Göz Altı Qara Kölgələri Üçün Maskalar
Kartof & Nanə
Ləvazimatlar:
Bir ədəd kiçik boy kartof
5-6 yarpaq təzə nanə
Blender
Hazırlanması:
Kartofu təmizləyib kiçik dilimlər halında blendera atın və içinə nanə də əlavə edib püre halına gətirin. Hazırladığınız püreyi arxasıüstə uzanıb gözaltınıza tətbiq edə bilərsiniz. Əgər istəsəniz bu qarışığı 5-10 dəqiqə buzluqda gözlədib də gözaltlarına vura bilərsiniz. Beləcə, soyuq təsiri ilə göz altı şişkinliklərini də aradan qaldıracaqsınız. Tətbiq etdiyiniz maskanı 10-15 dəqiqə qədər gözlərinizdə gözlədib durulayın.
Əncir & Itburnu
Təzə ənciri ortadan ikiyə ayırın və göz altınızın üzərində 15 dəqiqə gözlədin. Ardınca itburnunu çay kimi dəmləyib süzün və soyuduqdan sonra pambıq köməyiylə göz ətrafınıza yavaş-yavaş kompres edin.