top of page

Bürcünüz Çanta Seçiminiz Barəsində Nələr Deyir?- Ulduzlarda Yazılıb

Əslində sizin xarakteriniz və həyat tərzinizə uyğun çanta seçimi etməyiniz üçün qoroskopa əsaslanmağınız o qədər də vacib deyil. İşgüzar insanların sabit plana və struktura ehtiyacı var, daha azad ruhlu insanlar yumşaq teksturaları və hər zaman yolda olan xanımlar yüngül aksesuarlar istifadə etməyi sevirlər. Belə ki, hansı stilin sizin üçün doğru olduğuna qərar vermə zamanı gəldiyində, siz öz bürcünüzə əsaslana bilərsiniz.

Xərçəng (İyun 21- İyul 22)

Siz qrupunuzdakı ən sadiq və anlayışlı dostsunuz və əsil dəridən olan daşıma çantası sizə uzun müddət yoldaşlıq edə bilər. Bu çantanı istədiyiniz yerə götürə bilərsiniz, özünüzü onunla çox rahat hiss edəcəksiniz.

Şir (İyul 23 - Avqust 22)

Kaş ki, biz də sizin kimi şansına güvənən biri olsaydıq, hər zaman şən Şirlər! Sizin ehtiyacınız olan əyləncəli çantalardır, hansılar ki şam yeməyinə götürülə biləcək qədər dəbli və Bazar günü parkda gəzməyə götürə biləcəyiniz qədər istifadəyə yararlıdır.

Qız (Avqust 23 - Sentyabr 22)

Ciddi qız bürcləri: Siz təşkilatı dəyərləndirirsiniz və çalışırsınız ki, hər şeyi biznes yolu ilə getməsinə icazə verməyəsiniz. Sizin gündəlik istifadə üçün dayanıqlı və işə uyğun çantaya ehtiyacınız var, lakin olar ki, sizə zərif ruhunuzu oxşayan solğun çəhrayı rəngli birini məsləhət görək?

Tərəzi (Sentyabr 23 - Oktyabr 22)

Qərarlar, qərarlar.. Düşüncəli tərəzilər şirin boyundankeçmə sumka ilə strukturlu əl çantası arasında qala bilərlər. Ah, görəsən heç mi mümkün deyil ikisnin də eyni anda olması? Bəlkə ikisinin arasında bir şey?

Əqrəb (Oktyabr 23 - Noyabr 22)

Sadə əqrəblər, siz hər şeyi dürüst və sadə saxlamağı xoşlayırsınız. Parlaq boyundankeçmə çanta heç zaman sizi geridə saxlamayacaq, hansı fəsilin olmasından asılı olmayaraq.

Oxatan (Noyabr 23 - Dekabr 22)

Sizin macəraçı ruhunuz və dəyişim üçün olan istəkliliyiniz o deməkdir ki, siz istənilən an harasa getmək üçün hazır olmalısınız. Italiya istehsalı eleqant dəri bel çantalarını çiyninizdən asaraq istifadə etməyi sınayın. Bu sizin macəraçı ruhunuzu tamamlayacaq.

Oğlaq (Dekabr 23- Yanvar 19)

Ənənəyə sadiq oğlaqlar: Sizin mürəkkəb quruluşlu və eyni zamanda dəbli əl çantasına ehtiyacınız var, hansı ki, sizin kimi klassik və zamansızdır. Seçiminizi neytral isti tonlardan yana edin, çünki bu istənilən obrazı tamamlaya bilər.

Dolça ( Yanvar 20 - Fevral 18)

Sizin yumşaq və utancaq xarakteriniz sizə yad olan və ekstravaqant üslublardan uzaq qaçır. Ona görə də, sakit tonlu əl çantası seçin ki, bazar günləri gəl-götür işlərinə qaçanda sizi sakitləşdirsin.

Balıqlar ( Fevral 19 - Mart 20)

Siz dərin sular üçün doğulmusunuz, yaxşı təbiətli balıqlar. Və biz bilirik ki, siz püsküllü çimərlik çantalarını aylardır gözləyirsiniz, belə ki, buyurun! Bu çantanı bütün yay ərzində istifadə edə bilərsiniz.

Qoç ( Mart 21 - Aprel 19)

Arxa planda qalmağı heç zaman sevməyən qoçlar, sizə enerjinizlə və cədvəlinizdəki planlarınızla ayaqlaşa biləcək çantalara ehtiyacınız var. Budur: tünd lavanda rəngli dayanıqlı bel çantası sizin yardımçınız olacaq.

Buğa ( Aprel 20 - May 20)

Keyfiyyətli peşəkarlılıq və faydalılıq: Bunlar sizin həyatınızın hər bucağında axtardığınız keyfiyyətlərdir. Buna görə də yumşaq dərili və büzmə ipli, tünd qəhvə rəngli çantaları seçim edin, illər boyu yardımcınız olacaq.

Əkizlər (May 21 - İyun 20)

Biz bilirik ki, sizin hekayənizə 2 cür yanaşmaq olar: Bir tərəfdən sizin günlük istifadəniz üçün yumşaq çantaya ehtiyacınız var, digər tərəfdən isə ən az sizin qədər əyləncəli bir çantaya ehtiyacınız var. Bu ikili xarakterinizi tamamlaya biləcək mərcan rəngli, geniş və yumşaq çiyin çantasını məsləhət görürük.

Bu çantaları elə indi şoppinq edin!

Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page