top of page

Günəşi Sevirik, Bəs Günəşin Zərərlərindən Qorunmaq Üçün Nələrə Diqqət Etməliyik?

Hamımızın bildiyi kimi günəşdən qorunmaq dərimiz üçün edəbiləcəyimiz ən böyük yaxşılıqlardan biridir. Lakin dərimizi qorumaq elə də asan və sadə bir prosedura deyil, bunun üçün bilməli olduğumuz bir çox məqam var.


Günəşdən gələn işıqlar 2 yerə bölünür – UVA və UVB işıqları.

UVA və UVB şüalarının dərimizə təsiri

UVA şüaları günəşdən gələn, havanın necə olduğundan aslı olmayaraq buludlardan və pəncərədən keçib dermisə-yəni dərimizin dərin və ən qalın hissəsinə təsir edən ultrabənövşəyi şüalardır. Bu şüalar daha çox dərini qocaldır və dəri xərçənginin yaranmasına yol açır.

UVB şüaları isə günəşin ən güclü təsir ( daha çox yayda- günorta vaxtları) zamanlarda dərimizə təsir edib, dərini qocaltmasa da dəri xərçənginə yol açan ultrabənövşəyi şüalardır.

Günəş kremlərinin qoruyucu tərkibləri isə 2 yerə bölünür: Kimyəvi və Mineral (fiziki). Ümumiyyətlə günəş kremlərinin tərkibində həm kimyəvi həm də fiziki tərkiblər mövcud olur lakin hansı kateqoriyaya aid olduğunu tərkiblər(qablaşdırmnın üzərində) listində ilk sıralarda olan maddələrdən vəya verilən faiz nisbətlərinə əsasən öyrənə bilərsiniz.

Mineral günəş qoruyucuları ultrabənövşəyi şüaları əks etdirərək qarşısını alırlar bu qoruyucuları üz baxımınızın son addımında istifadə edə bilərsiniz ( istifadə etdiyiniz nəmləndirici, serum, makyaj vasitələrindən sonra). Zinc oxide, titanium dioxide və s. mineral günəş qoruyucu elementləridir.


Kimyəvi günəş qoruyucuları isə ultrabənövşəyi şüanı özünə çəkərək öz içlərində istilik enerjisinə çevirirlər. Bu proseslərin olması üçün bu tip (kimyəvi) qoruyucular birbaşa dəriyə vurulmalıdır.

Həm mineral həm də kimyəvi qoruyucular günəşə çıxmazdan 20-30 dəqiqə əvvəl çəkilməlidir. Bəzi kimyəvi qoruyucular: mexoryl, octinoxate, zone ilə bitən elementlər (oxybenzone, avobenzone) və s.


Aldığınız günəş kremlərinin üstündə PA (və yanında “+” işarələri, nə qədər çox “+” varsa o qədər çox qoruyur deməkdir) və SPF (Sun Protection Factor yəni günəş qoruma faktoru) yazılarına rast gəlirik.PA- UVA şüalarından SPF isə daha çox – UVB şüalarından qoruyur.


Bilməli olduğunuz bir digər məqam da istifadə etdiyimiz bir çox nəmləndirici, bb, cc krem və ya tonal kremlərin üstündə SPF yazısı var(yanında rəqəmi nə qədər çox olsa o qədər çox günəşdən qoruyur). Bu kremləri üst üstə istifadə edəbilərsiniz lakin ən yüksək qoruma hansı kremdədirsə dəriniz o qədər qorunacaq. Məsələn nəmləndiriciniz SPF 15, üzərindən çəkdiyiniz tonal kreminiz SPF 30 dursa, dəriniz məhz 30 faktorlu qorunacaq.


Kimyəvi qoruyucular qoruma prosedurası zamanı getdikcə zəyifləyirlər bunun qarşısını almaq üçün gün ərzində bir neçə dəfə istifadə edilməlidirlər. Mineral qoruyucular kimyəvilərə nisbətən daha uzun müddətdə qoruyurlar lakin onları da gün ərzinda bir neçə dəfə təkrar istifadə etsəniz daha faydalı olar. Mineral qoruyucular həm də həssas dərilər üçün daha yaxşı seçim sayılır.


Son olaraq makyaj eləmədən günəş qoruyucusu istifadə etmiş olsanız da kremi istifadə etdikdən sonra (axşam yatanda və s) dərinizi makyaj təmizləmə suyu ilə təmizləməyiniz məsləhətdir.

 


Who's Behind The Blog
Recommanded Reading
Search By Tags
Follow "THIS JUST IN"
  • Facebook Basic Black
  • Twitter Basic Black
  • Black Google+ Icon

© 2023 by "This Just In". Proudly created with Wix.com

PayPal ButtonPayPal Button

Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

bottom of page