Payız/Qış 2016 Dəb Aləmi: Bilməli Olduğunuz 5 Trend
Payız/ qış 2016 dəb aləminin əsas trendləri bir birilərindən kəskin fərqlənsə də, hamısını əsas olan bir elementi birləşdirir: yaradıcı elektrik. Bu əslində aydın görünə bilər. Çünki, əlbəttə ki, dizaynerlər hər fəsil trendləri dəyişib insanların qarşısına yeni, həyəcanlı dizaynlarla çıxırlar və onları dəblə ayaqlaşmaq üçün ruhlandırırlar. Lakin bu dəfə dizaynerlər limitlər və standartları qıraraq öz sözünü deyən yeni dizaynlarla yeni mövsümə hazırdırlar.
Bu sənaye davamedici dəyişkənlik içərisindədir: Bu deyim "gördüyün yerdə al" elə bu sənaye üçün deyilib. Və bununla yanaşı dizaynerlər də yalnızca kolleksiyalarını necə nümayiş etdirməlidirlər barəsində düşünmürlər, həmçinin kolleksiyanı kimə və nə vaxt nümayiş edəcəkləri də vacib suallardandır. Dəb redaktorları hamısı razıdır ki, indi sizin zamanınızdır, 2016cı ilin trendlərindən ilhamlanıb öz geyimlərinizi və obrazlarınızı yarada bilərsiniz. Əgər hər zaman içinizdə həyəcanlı geyimlər hazırlamaq üçün sevgi olubsa, bu mövsüm sizin növbənizdir! Ya da hər zaman ağ və qara geyinənlər, əslində bu da elə qeyri-adilik saylır. Heç zaman sdandartlardan kənara çıxmağa qorxmayın- individualizm ən yeni trenddir!
Biznes dünyasından danışdığımız kifayətdir, gəlin indi müzakirə edək ki, sizin 2016-17ci il payız/qış mövsümü üçün şoppinq listinizdə nələr olmalıdır. Növbəti mövsüm üçün trendləri görmək üçün səhifəni hərəkət etdirin, belə ki, siz indidən alacaqlarınızın siyahısını hazırlayıb işinizi asanlaşdıra bilərsiniz.
1. Payız/qış 2016 Trend #1: İnanılmaz Zolaqlar
Salvatore Ferragamo, Max Mara, Fendi
Zolaqları kim sevməz ki? Lakin sadə ağ-qara zolaqlardan fərqli olaraq, dizaynerlər 2016-17-ci il payız/qış kolleksiyası üçün zolaqlı obrazları daha da zənginləşdirib onlara qeyri-adi rəngli, fərqli proporsiyalar və teksturalar əlavə etmişdir.
Elə indi bu yazımızı oxuyaraq zolaqlardan obrazınızı necə tamamlayacağınızı öyrənə biləcəksiniz!
Joseph, Altuzarra
Şaquli zolaqlar da çox ddəbli görünür, lakin indi assimetrik, müxtəlif parçaların birləşməsi və kontrast təşkil edən rənglər bu zolaqlara müasir hava qatır. Biz Joseph`in ideyası olan toxunma, şaquli zolaqlı şarfları çox sevdik, o eyni toxunuşlu sviter və kardiqanlarla əla görünür!
2. Payız/qış 16 Trend #2: Böyük Pişik Ailəsi
Givenchy by Riccardo Tisci, Dolce & Gabbana, Loewe
Pişik fiqurları və ya işləmələri İnstagram`da ən maraqlı görünən detallardan biridir. Belə ki, bu təsadüfi deyil ki, bu dəfəki kolleksiyalarında dizaynerlər pişikkimilər sülaləsinə istinad ediblər. Pişik printlərindən tutmuş bu şəkildə olan aksesuarlara və modern toxunuş əldə etmiş klassik leopard parçalarına qədər olan fərqli dizaynlar bu mövsüm zövqünüzü oxşayacaq.
Roberto Cavalli, Chanel, Gucci, Dries Van Noten
Pişikkimilər printlərindən ilhamlanmış dəbin bu anı Cavalli`nin məxmər üzərinə işlədiyi pələng printlərindən tutmuş Gucci`nin parlaq yaquar işləməli trikotajlarına qədər genişlənmiş şəkildə yer alır. Bu trendin başlıca üslubundan biri də ilan və bəbir dərisi işləmələrini qarşılaşdırmaqdır- çünki iki tekstura da neytraldırlar. Təsəvvürü belə həyəcan vericidir, elə deyil mi?
Bu link'ə daxil olub seçdiyimi bəbir dərisi işləməli ayaq geyimlərini alış- veriş edə bilərsiniz!
3. P/Q 2016 Trend#3: Utanmaz 80'lər
Moschino, Philosophy di Lorenzo Serafini and Lanvin
1980-ci illər London, Milan and Paris`in defilelərində yaddaşlara həkkolunan obrazlar nümayiş edilmişdir. Həmin ekstravaqant geyim obrazları bu mövsüm geri qayıtdı! Lakin bu dəfə obyektivlər ziyafət geyimləri üzərindədir. Çivili stilettolar atlaz, güpür, balıq torlu kalqotkalar, assimetrk kəsimlər və qızılı aksesuarların çox olması kimi bu il dəbdədir. Dəri və güpür, lateks və simli parlaq lureks parçaları bu mövsüm sadə və parlaq bəzəklərdən məhrum buraxılmayacq.
Saint Laurent
Heidi Silmane`in Sain Laurent`dəki axırıncı nümayişi 80`lərin kokteyl obrazını yaratmaq üçün ilham mənbəyi oldu! Onun bu nümayişi xüsusilə gözə çarpan idi və çoxları onun indiyə qədər sərgilədiyi ən yaxşı nümayişlərindən olduğunu qeyd etdi. Minion siluett üzərində şişirdilmiş çiyinlər və qollar, geniş həcmli bel kəməri 20-ci əsrin ən dekorativ obrazını hörmətlə yada saldı.
4. P/Q 16 Trend #5: Əsil Məxmər
Valentino, Roksanda, Ellery
Gözalıcı parlaq tonların axını ilə gələrək məxmər artıq tünd, romantik üslublu gecə geyimləri hazırlamaq üçün istifadə edilən fabrik deyil, o həm də gündəlik qarderobumuzda tapa biləcəyimiz ən parlaq rəngli geyimlərimiz olacaq. Bu mövsüm ondan obrazınızın hər parçası üçün istfadə edə bilərsiniz, şalvardan tutmuş uzunboğaz çəkmələrə qədər.
Sonia Rykiel, Erdem, Vanessa Seward, Haider Ackermann
Əlbəttə ki, baxmayaraq ki, bu mövsüm məxmər günlük obrazlar üçün çox istifadə eiləcək, gecə yığıncaqları üçün əla hiss etdirən şık geyimlər də kifayət qədər trenddir- Haider Ackermann`ın dar çəhrayı rəngli şalvarlarından tutmuş Erdem`in çarpıcı naxışlı kokteyl donuna qədər geniş seçimlərimiz olacaq.
Bonus: Məxmər metalik aksesuarlarla tamamlandıqda xüsusilə dəbli görünür.
Seçdiyimiz məxmər geyimlər ilə qarderobunuz dəblə ayaqlaşacaq!
P/Q 16 Trend #7: Korsetlər
Versus by Versace, Preen by Thornton Bregazzi, Alexander McQueen
Korsetlər dəbin Sibirindən gözəçarpan şəkildə geri döndü. Buna ən yaxın ideya hər hansı bir geyimin üzərindən büstiyer geyinmək idi, lakin alt geyimi üst geyim kimi istifadə etmək daha gerçəksi və abartısız şəkildə göstərilə bilər.
Korset trendi özünə yenidən dəbdə yer qazanır, sizin üçün seçdiyimiz korsetləri buradan alış-veriş edə bilərsiniz.
Victoria Beckham, Prada
Korsetlər obrazı tamamlamağın asan yollarından biridir- Miuccia Prada öz nümayişində korseti bir neçə qatın üzərində istifadə etmişdir, Victoria Beckham isə öz nümayişində korseti midi yubka və yastı dabanlar ilə tamamlayaraq onun gündəlik geyimdə də necə istifadə ediləcəyi ilə bağlı ilham verdi.