Fərqli Çantalarınızı Özünüz Hazırlayın! Həmdə Sadəcə Dəmir Qapaqlarla...
Dəbli olmaq heç də həmişə bahali deyil. Fərqli, gözəl ve dəbdəbəli çantaları özünüz ev şeraitində hazırlaya bilərsiniz: həm də sadəcə dəmir qapaqlarla.
Ehtiyacımız olan ləvazimatlar dəmir kola qapaqları, kəlbətin və ideadır.
İlk olaraq qapaqları kəlbətin köməyi ile baş hissəsindən kəsirik. Daha sonra isə şəkildə də göründüyü kimi qapaqları iç- içə bərkidirik.
Bu şəkildə hörgünü davam etdiririk və çantanı istədiyimiz dizaynda hazırlaya bilirik.
Biz sizə bu hazırlanması olduqca asan olan iki dizaynı tövsiyyə edirik.